OPEC: Apreldə BTC ilə neft ixracı 8 % azalıb

Bu ilin aprel ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 541 min barel təşkil edib.

"Report" bu barədə məlumatlı mənbələrə istinadən xəbər verir.

Bu ilin mart ayı ilə müqayisədə aprel ayında BTC ilə neft nəqli 8 % və ya gündəlik 47 min barel azalıb.

Ümumilikdə, bu ilin aprelində BTC boru kəməri ilə neft nəqli keçən ilin aprel göstəricisinə nisbətən 11 % və ya 64 min barel/gün azalıb.

Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.

Digər xəbərlər