OPEC+ alyansının iclası öncəsi neftin qiyməti artıb

OPEC+ alyansının hasilatla bağlı qərarının gözləndiyi bir zamanda neftin qiyməti artıb.

“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin aprel fyuçersləri 0,41 % bahalaşaraq, 1 bareli 88,63 ABŞ dollarına satılıb. "WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,42 % artaraq, 1 bareli 88,53 ABŞ dolları təşkil edib.

İnvestorlar OPEC+ alyansının fevralın 2-nə planlaşdırılmış növbəti iclasını gözləyirlər. Həmin gün alyans üzvləri neftin mart ayındakı hasilatı ilə bağlı qərar qəbul edəcək. OPEC+ alyansının neft hasilatını planlaşdırıldığı kimi hər ay gündəlik 400 min barel artırılmasına sadiq qalacağı gözlənilir.

Ukrayna və Rusiya arasında geosiyasi gərginliyi də bazardakı qiymətlərə təsir edir.

Digər xəbərlər

Sabah Şahbuzda işıq kəsiləcək 27 noyabr, 2026 / 16:38