Növbəti 4 ildə Azərbaycanda külək və günəş enerjisinin istehsalı 7 dəfədən çox artacaq

Gələn il Azərbaycanda külək və günəşlə işləyən elektrik stansiyalarında 715,1 giqavat/saat enerji istehsalı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd edilib.

Proqnoza əsasən, bu göstərici 2026-cı ildə 5,2 dəfə artaraq 3 753,2 giqavat/saata çatacağı gözlənilir.

Azərbaycanda 2027-ci ildə külək və günəşlə işləyən elektrik stansiyalarında istehsalın həcmi 4 554,4 giqavat/saat olacağı gözlənilir. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 21,3 % çoxdur.

2028-ci ildə isə külək və günəş enerjisinin istehsalı 5 203,5 giqavat/saat səviyyəsində olacağı gözlənilir. Bu, 2027-ci ildəki proqnoza qarşı 14,2 % çoxdur.

Beləliklə, növbəti 4 il ərzində Azərbaycanda külək və günəşlə işləyən elektrik stansiyalarında enerji istehsalı 7,3 dəfə artacaq.

Qeyd edək ki, bu ilin 10 ayında Azərbaycanda günəş elektrik stansiyalarında istehsal 485,3 milyon kVtt/saat, külək elektrik stansiyalarında isə 45,6 milyon kVtt/saat təşkil edib.

Digər xəbərlər