Aleksandr Novak: "OPEC+ Venesueladakı vəziyyəti müzakirə etməyib"

Bakı. 30 yanvar. REPORT.AZ/ OPEC+ ölkələrinin nazirləri Venesueladakı vəziyyətlə bağlı müzakirələr aparmayıblar.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə bildirib.

"Xeyr, bu vəziyyəti nə nazir Əl-Falihlə, nə də digər nazirlərlə müzakirə etmişik. Görürsünüz ki, bazarlar sakitdir, tərəddüd, demək olar ki, yoxdur, varsa da, azdır", - A.Novak deyib.

A.Novak həmçinin qeyd edib ki, Rusiya tərəfi OPEC-in fövqəladə iclasının çağırılmasına ehtiyac duymur.

Qeyd edək ki, yanvarın 29-da rəsmi Vaşinqton Venesuelanın PDVSA neft şirkətinə qarşı sanksiyalar tətbiq edilməsinə dair qərar qəbul edib.

Digər xəbərlər