​Neft bahalaşıb

Bakı. 31 mart. REPORT.AZ/ London və Nyu-Yorkun elektron hərracları zamanı neftin qiymətlərində artım müşahidə olunub.

"Report" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin may fyuçersləri 0,26% artaraq bir barelə görə 38,38 dollara çatıb.

Londonun "ICE Futures" birjasında isə "Brent" markalı neftin may fyuçersləri 0,49% artaraq 39,33 dollar/barel təşkil edib.

Digər xəbərlər