Neft ucuzlaşmağa başlayıb

Bakı. 20 aprel.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,71% ucuzlaşaraq 55,74 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində ciddi dəyişiklik müşahidə olunmayıb. "Brent"in bir barelinin qiyməti 0,83% ucuzlaşaraq 63,45 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 64 dollar/barel olacağı gözlənilir.

Digər xəbərlər