Neft OPEC+ ölkələrinin hasilatı azaltması fonunda bahalaşır

Bakı. 19 yanvar. REPORT.AZ/ Cümə günü axşam neftin dünya qiymətləri OPEC+ razılaşmaları iştirakçı ölkələrinin hasilatı azaltması və ABŞ buruqlarında fəallığa dair statistikanın gözləntiləri fonunda təqribən 3 faiz artım nümayiş etdirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, hərraclardan sonra məlum olub.

Bakı vaxtı ilə saat 23.11-ə olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçerslərinin dəyəri 2,47 faiz artaraq bir barelə görə, 62,69 dollar təşkil edib.

Digər xəbərlər

Sabah Şahbuzda işıq kəsiləcək 27 noyabr, 2026 / 16:38