Natiq Əliyev II Fəxri Xiyabanda torpağa tapşırılacaq

Bakı. 9 iyun. REPORT.AZ/ Mərhum energetika naziri Natiq Əliyevlə vida mərasimi iyunun 10-da saat 12:00-da Şəhriyar adına Mədəniyyət Sarayında keçiriləcək.

"Report"un xəbərinə görə, bu barədə Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva məlumat verib.

O bildirib ki, mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

N.Əliyevin cənazəsi sabah səhər Bakıya gətiriləcək.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31