Mingəçevirdə elektrik enerjisinin verilişində fasilə yaranıb

Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, fasilə 6 kv-luq "Karxana -61" hava xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Mərkəzi Aran RETSİ-nin Mingəçevir Elektrik Şəbəkəsindən bildirilib ki, yenidənqurma işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi tam bərpa olunacaq.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31