Mikayıl Cabbarov: "Alternativ enerjinin 50 %-dən çoxu Bakıda yaranır"

"İl ərzində ölkədə istehsal olunan alternativ enerjinin 50 %-dən çoxu Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların termik üsulla utilizasiyası nəticəsində yaranır".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitterdə yazıb.

O bildirib ki, zavod il ərzində orta hesabla 100 min ailəni elektrik enerjisi ilə təmin edir.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 14 fevral, 2026 / 09:10