İmişlinin Qaralar kəndində qaz sızması olub, təchizat dayandırılıb

İmişli rayonunun Qaralar kəndinin qazla təchizatı dayandırılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Qaralar kəndini təbii qazla təmin edən 108 mm-lik qaz kəmərinin yeraltı keçid hissəsində aşkar edilmiş qaz sızmasının aradan qaldırılması məqsədilə təmir işləri başa çatanadək ümumilikdə 280 abonentin qaz təminatı kəsilib.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 06 fevral, 2026 / 09:06