Bakı. 24 oktyabr. REPORT.AZ/ Ukrayna ilə Beynəlxalq Valyuta Fondu (IMF) arasındakı vaxtilə imzalanmış sazişə əsasən, ölkədə təbii qazın qiyməti daha 40% artırıla bilər.
Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.
Xatırladaq ki, tərəflər arasındakı əməkdaşlıq proqramında "mavi yanacağ"ın bazar qiymətinə satılması nəzərdə tutulub. Odur ki, rəsmi Kiyev IMF-nin tələbinə uyğun olaraq, qazı mərhələli şəkildə bahalaşdırmalıdır. Növbəti qiymət artımının 15% olmaqla gələn ilin yazına planlaşdırıldığı bildirilir.