Bu il Azərbaycanın xam neft ixracı gündəlik 540 min barel olacağı gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında bildirilib.
Sənədə əsasən, 2022-ci ildə ölkənin xam neft ixracı isə gündəlik 500 min barel səviyyəsində olması proqnozlaşdırılır.
Azərbaycanın təbii qaz ixracı bu il gündəlik 320 milyon kubmetr, 2022-ci ildə isə 360 milyon kubmetr həcmində gözlənilir.