IMF: ABŞ-dakı şist neft hasilatı qlobal tələbi təmin edə bilməyəcək

Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ-ın şist neft sənayesi qlobal neft tələbindəki artımı təmin etmək və bazarı sabitləşdirmək üçün kifayət qədər güclü deyil. 

"Report" Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına istinadən xəbər verir ki, qlobal iqtisadi artımın 4% təşkil etməsi durumunda, dünya iqtisadiyyatında illik 2 mln. barel/gün əlavə neftə ehtiyac yaranacaq. 

"Bu da təxminən 4-5 mln. barel/gün məcmu istehsal deməkdir. Lakin hazırda fəaliyyətdə olan yataqlarda hasilatın getdikcə azaldığını nəzərə alsaq, ABŞ-da şist neft hasilatının 1 mln. barel/gün artması qlobal neft tələbini təmin edə bilməyəcək", - sənəddə qeyd olunub.

Beləliklə, qlobal iqtisadi böhran ssenarisi istisna edilməklə, 2020-ci ildən sonra dünya iqtisadiyyatı neft kəsiri ilə üzləşəcək. Əgər geosiyasi risklər də diqqətə alınarsa, neftin qiymətinin yenidən 100 dollar/bareli ötməsi çətin olmayacaq. 

Qeyd edək ki, ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin neft naziri Süheyl əl-Mazrui neft ölkələrini tükənmiş yataqlarda hasilat güclərini bərpa etməyə çağırıb. Buna səbəb kimi nazir tələbin anidən artması və ya neft çatdırılmasında yarana biləcək problemləri əsas gətirib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31