Beynəlxalq Enerji Agentliyi (IEA) cari il üzrə qlobal neft hasilatına dair proqnozunu yaxşılaşdıraraq sutkada 102,6 milyon barel səviyyəsində qiymətləndirib.
"Report" xəbər verir ki, bu barədə IEA-nın iyul hesabatında qeyd olunub.
Ay əvvəl agentlik bu il hasilatın gündəlik 102,37 milyon barel təşkil edəcəyini proqnozlaşdırırdı.
IEA-nın proqnozlarına görə, növbəti ildə neft hasilatı gündəlik 7,49 milyon barel artacaq və orta hesabla gündəlik 110,09 milyon barel təşkil edəcək.