IEA: 2026-cı ildə neftə olan tələbatın artımı gündəlik 863 min barel təşkil edəcək

Qlobal neft tələbatı 2025-ci ildə gündəlik 835 min barel artacaq.

Bu barədə "Report" Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.

Agentlik noyabr ayında tələbatın gündəlik 788 min barel artacağını proqnozlaşdırıb. Beləliklə, bu il üçün proqnoz gündəlik 47 min barel artırılıb.

IEA əlavə edib ki, 2026-cı ildə tələbatın gündəlik 863 min barel artacağı gözlənilir ki, bu da əvvəlki proqnozu (gündəlik 770 min barel) 93 min barel üstələyir.

Agentliyin məlumatına görə, qlobal neft tələbatının 2025-ci ildə gündəlik 103,923 milyon barel, 2026-cı ildə isə 104,785 milyon barel təşkil edəcək.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 11 dekabr, 2025 / 09:44