"İsveçrənin "İntegral Petroleum SA" şirkəti Azərbaycanla əməkdaşlığını genişləndirmək istəyir".
"Report" xəbər verir ki, bunu Azərbaycan-İsveçrə biznes forumunda çıxışı zamanı "İntegral Petroleum SA" şirkətinin direktoru Murat Seitnepesov deyib.
O bildirib ki, şirkətləri neft-kimya məhsullarını, polimerləri, gübrələri dünya bazarlarına ixracı ilə məşğuldur: "İnteqral Petroleum" Azərbaycanla işləyir. Biz Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunda quraşdırma işlərində iştirak etmişik. Eyni zamanda biz Türkmənistandan konteyner daşımaları ilə də məşğul oluruq. Daşımalar əməliyyatları zamanı Bakı- Axalkalaki-Qars dəmiryolundan istifadə edirik. Azərbaycanla daha geniş şəkildə əməkdaşlıq etmək istəyirik. Bakıda ofisimizi açmışıq. O, Xəzər regionu üzrə regional ofis xarakteri daşıyacaq".