Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 454 dəfə artırıb

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 12 milyon ABŞ dolları dəyərində 19 min 504 ton neft və neft yağları idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 180 dəfə, kəmiyyət olaraq 454 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 193 milyon ABŞ dolları dəyərində 277,44 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 80 % və 94 % çoxdur.

Yanvarda Gürcüstana Rusiyadan 51 milyon ABŞ dolları dəyərində 87 min ton, Rumıniyadan 42 milyon ABŞ dolları dəyərində 61,73 min ton, Yunanıstandan 19 milyon ABŞ dolları dəyərində 25,62 min ton, Kiprdən 17 milyon ABŞ dolları dəyərində 23 min ton, Bolqarıstandan 14,8 milyon ABŞ dolları dəyərində 20,8 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,36 milyard ABŞ dolları dəyərində 1,81 milyon ton neft və neft yağları alıb ki, bunun da 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.

Digər xəbərlər