Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 217,9 milyon ABŞ dolları dəyərində 1 milyard 456 milyon kubmetr təbii qaz idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 7 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Təkcə noyabr ayında Gürcüstan Azərbaycandan 36 milyon ABŞ dolları dəyərində 203 milyon kubmetr təbii qaz alıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 24 % və 11,5 % çoxdur.
Bu ilin 11 ayında Gürcüstan xarici ölkələrdən 358 milyon ABŞ dolları dəyərində 1 milyard 955 milyon kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 7 % və 0,4 % azdır.
O cümlədən, Gürcüstana Rusiyadan 140 milyon ABŞ dolları dəyərində 498 milyon kubmetr, İrandan 109 min ABŞ dolları dəyərində 67,54 min kubmetr, Böyük Britaniyadan 24,35 min ABŞ dolları dəyərində 0,01 min kubmetr, Çindən 16,29 min ABŞ dolları dəyərində 8,19 min kubmetr təbii qaz tədarük edilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 445 milyon ABŞ dolları dəyərində 2,25 milyard kubmetr təbii qaz alıb ki, bunun da 313,5 milyon ABŞ dolları dəyərində 1,8 milyard kubmetri Azərbaycanın payına düşüb.