Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 3 nömrəli dərin dəniz özülündən 122 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Quyu məhsuldar qatın IX horizontundan qazlift üsulu ilə məhsul vermiş, 2 756-2 726 metr intervaldan gündəlik 48 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.