Bu gün Goranboy rayonunun Qırıqlı kəndinə qaz verilib.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Kənddə qazlaşma işlərinin aparılması üçün, ümumilikdə, 10866,6 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətti çəkilib, 89 ədəd fərdi yaşayış evinə sayğac quraşdırılıb.