Bakı. 17 iyul. REPORT.AZ/ "OPEC+ çərçivəsində Bakıda nəzərdə tutulan görüş, çox güman ki, 2019-cu ilin yanvarında baş tutacaq".
"Report"un məlumatına görə, bunu ADA Universitetində Bakı Yay Enerji Məktəbində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
O əlavə edib ki, görüşün keçirilməsi və tarixi barədə qərar bu ilin sentyabrında keçiriləcək iclasda qəbul olunacaq.