“Fitch”: Neftin qiyməti artacaq

“Brent” markalı neftin qiyməti gələn ilədək 45 ABŞ dolları ətrafında, 2022-ci ildə 53 dollar, sonrakı dövrdə isə 55 dollar səviyyəsində olacaq.

“Report” xəbər verir ki, “Fitch Ratings” agentliyinin bazarın gələcək inkişafına dair araşdırmasına görə “WTI” markalı neft “Brent”ə nisbətən 3 dollaradək ucuz satılacaq.

Neftin bahalaşmasının isə daha çox OPEC+ çərçivəsində hasilatın ixtisarı nəticəsində baş verəcəyi qeyd olunur.

“Bizim gümanımıza görə OPEC+ hasilatın böyük qalığına, yaxud kəsirinə yol verməmək üçün 2020-ci ilin aprel ayında əldə edilmiş və iki ilə nəzərdə tutulan razılaşmanı vaxtaşırı dəyişdirəcək. Bu da neft qiymətlərinin tədricən əvvəlki səviyyəyə qayıdacağına dair gözləntilərimizə uyğundur”, – sənəddə deyilir.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 10 avqust, 2026 / 13:34
Sabah Astarada qaz olmayacaq 10 avqust, 2026 / 12:12