Dünənki ucuzlaşmadan sonra dünya bazarında neftin qiyməti sabitləşib.
“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçersləri 0,38 % bahalaşaraq 90,17 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti isə 0,37 % artaraq 1 bareli 83,25 ABŞ dolları təşkil edib.
İnvestorlar dünyanın ən böyük neft hasilatçılarından biri olan Rusiyada qismən səfərbərlik elan edilməsi ilə əlaqəli xarici siyasət risklərinə diqqət yetirməkdə davam edirlər.