Dünya bazarında neft bahalaşmaqda davam edir

Bakı. 10 fevral. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı xam neftin qiymətində bahalaşma müşahidə olunub.

"Report"un Gazeta.Ru-ya istinadla verdiyi xəbərə görə, birjalarda "Brent"in bir barelinin qiyməti 2,28% bahalaşaraq 59,12 dollar olub.

WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti isə 3,85% artaraq 53,68 dollar təşkil edib.

Digər xəbərlər