Dünya neft bazarında Ukraynada artan gərginliyin də təsirilə qiymət artımı davam edir.
“Report” xəbər verir ki, “Brent” markalı neftin may fyüçersləri 5,2 faiz bahalaşaraq 103,06 dollardan, “WTI” markalı neftin də aprel fyüçersləri 4,19 faiz bahalaşaraq 99,73 dollardan satılıb.
Səhər hərraclarında isə qiymətlər 1 faizədək artmışdı. Hazırda Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyaların artması nəticəsində neft tədarükü ilə bağlı şübhələr bazarda əks-səda doğurur.
10:20
Treyderlər arasında tədarüklə bağlı narahatlıqların qalması dünya bazarlarında neftin qiymətinin artmasına səbəb olub.
“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin may fyuçersləri 1,01% bahalaşaraq, 98,96 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 0,88% artaraq, 1 bareli 96,56 ABŞ dolları təşkil edib.
Treyderlər Ukrayna ətrafında cərəyan edən hadisələr səbəbindən neftin tədarükündə fasilələrin yarana biləcəyindən narahatdırlar. Artıq bir sıra ölkələr hərbi əməliyyatlara cavab olaraq, Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb.
Strateji ehtiyatlardan neftin buraxılması haqqında xəbərlər də neft qiymətlərinə əhəmiyyətli təsir göstərir. Belə ki, daha əvvəl ABŞ-ın və Beynəlxalq Enerji Agentiyinə (IEA) üzv ölkələrin öz strateji ehtiyatlarından 70 milyon barel nefti bazara çıxara biləcəyi barədə xəbərlər yayılıb.