​Dünya bazarında neft bahalaşıb

Bakı. 23 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,77 dollar və ya 1,29% bahalaşaraq 59,61 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,51%, yaxud 0,32 dollar irəliləyərək 63,34 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırki vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir.

Digər xəbərlər

Bakının iki rayonunda qaz olmayacaq 02 oktyabr, 2026 / 08:27
SOCAR Balakhani şirkəti yaradılıb 01 oktyabr, 2026 / 16:49