“Drujba” boru kəmərinin Polşadan keçən hissəsində yenidən neft çirklənməsi aşkar edilib.
“Report”un RBK-ya istinadən verdiyi məlumata görə, neftdə xlororqanikin həddindən artıq norması “Adamovo zavtava” qəbul nöqtəsində aparılan analizlərdən sonra aşkar edilib.
Çirkli neftin nümunəsi iyunun 19-da, saat 15:00-da götürülüb.
Boru kəmərinin bu hissəsi ilə neftin nəqli dayandırılıb.