Dörd ölkədən Azərbaycana kerosin idxalı bərpa edilib

2022-ci ildə Azərbaycan xaricdən 16,55 milyon ABŞ dolları dəyərində 12 min 609 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağı istisna olmaqla) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.

Hesabat dövründə Niderlanddan 8,97 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,7 dəfə çoxdur) 5 min 506 ton (+3,7 dəfə), Belçikadan 4,1 milyon ABŞ dolları dəyərində (+16 %) 2 min 570 ton (-14 %), Türkmənistandan 3,2 milyon ABŞ dolları dəyərində 4 min 333 ton, İtaliyadan 236 min ABŞ dolları dəyərində (+53,5 dəfə) 178 ton (+162 dəfə), Almaniyadan 47 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 7 ton (+2,7 dəfə) məhsul gətirilib.

Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən (0,01 min ABŞ dolları dəyərində 0,01 ton), Çindən (1,2 min ABŞ dolları dəyərində 0,35 ton), Fransadan (0,27 min ABŞ dolları dəyərində 0,03 ton) və Türkmənistandan tədarük bərpa edilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniyadan (0,39 min ABŞ dolları dəyərində 0,02 ton) idxal həyata keçirilib.

Digər xəbərlər