DESFA-nın özəlləşdirilməsi məsələsinə sentyabrda baxılacaq

Bakı. 9 iyul. REPORT.AZ/ Yunanıstanın DESFA dövlət şirkətinin özəlləşdirilməsi ilə bağlı məsələlər bu ilin sentyabr ayında müzakirəyə çıxarılacaq. Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təklifləri Avropa Komissiyası tərəfindən nəzərdən keçirilir. 

"Report" xəbər verir ki, bunu İtaliya mediasına açıqlamasında "Hellenic Petroleum" şirkətinin yeni baş direktoru Stergiyulis Qriqoris (Stergioulis Grigoris) SOCAR-ın Yunanıstanın qazpaylayıcı stansiyaları şəbəkəsi olan DESFA-nın əsas səhm zərfini almaq istəməsi ilə bağlı təklifini şərh edərkən deyib.

S.Qriqorisin sözlərinə görə, Yunanıstan bu alqı-satqı prosesindən 212 mln. avro qazanc əldə etmək fikrindədir.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 13 avqust, 2026 / 09:12