Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Azərbaycandakı emal kompleksində 1 milyon 667 min 384 ton neft, 892 milyon 330 min 154 kubmetr təbii qaz emal olunub.
Bu barədə “Report” SOCAR-ın bu ilin birinci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqlamasında deyilir.
Bildirilib ki, neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 min 674 ton və ya 5,3 % artıb.
Qaz emalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 49 milyon 194 min 458 kubmetr və ya 5,2 % az qaz emal edilib.