Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 60,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.
İcmala görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,7 milyon ABŞ dolları və ya 33,04 % azdır.
Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracı 4,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 651,4 milyon ABŞ dolları təşkil edib.