Bu il Azərbaycanın neft ixracı 7 % azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan 10,6 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-may ayları üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, bu, ötən ilin ilk 5 ayının gösdtəricisi isə müqayisədə 0,8 milyon ton az və ya 7,1 % azdır.

Bunun 9,5 milyon tona yaxını isə Azərbaycan Beynəlxalq əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür. Bu da illik müqayisədə 1,2 milyon ton və ya 11,2 % azdır.

İxraca nəql edilən həcmlərin 1,1 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür. Bu da 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 404 min ton və ya 58,04 % çoxdur.

Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.

Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 30 dekabr, 2025 / 09:59