Bu il Azərbaycanda neft emalı 5 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neftin emalı 1,1 milyon ton təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-fevral ayları üzrə operativ məlumatlarında deyilir.

2022-ci ilin müvafiq dövrünə nisbətən ölkədə 51 min ton və ya 4,9 % çox neft emal olunub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 22 avqust, 2026 / 13:04