Bu il Azərbaycanda karbamid istehsalı 3 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 429,2 min ton həcmində karbamid istehsal olunub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə 2,6 % çoxdur.

Sentyabrın 1-nə 68,2 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20