Bu ilin yanvar-may aylarında Azərbaycanda 20 milyard 200,1 milyon kubmetr təbii qaz hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 15 milyard 302 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı, həmçinin əmtəəlik qaz hasilatı illik müqayisədə 2,9 % artıb.
Bu ilin yanvar-may aylarında Azərbaycanda 12 milyon 760,7 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 12 milyon 729,3 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı daha əvvəlki 2022-ci ilin 5 ayı ilə müqayisədə 8,4 % (əmtəəlik neftin həcmləri isə 8,4 %) azalıb.