Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 12 milyard 158,7 milyon kubmetr təbii qaz hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 9 milyard 183 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 3 %, əmtəəlik qaz hasilatı isə 1,1 % artıb.
I rübdə Azərbaycanda 7 milyon 723,4 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 7 milyon 705,2 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı daha əvvəlki 2022-ci ilin ilk rübü ilə müqayisədə 7,5 % (əmtəəlik neftin həcmləri isə 7,4 %) azdır.