Bu il Azərbaycan neft emalını təqribən 8 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 4,2 milyon ton neft emal edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 8 ayı üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən 300 min ton və ya 7,7 % çox neft emal edilib.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Sabah Şahbuzda işıq kəsiləcək 27 noyabr, 2026 / 16:38