Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 80,7 min ton həcmində propilen, 84,5 min ton həcmində polietilen, 86,2 min ton həcmində etilen istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-avqust aylarında propilen istehsalının 77,5 min tonu əmtəəlik məhsulun payına düşüb.
Hesabat dövründə propilen istehsalı 14,7 %, əmtəəlik propilen istehsalı 11,6 % azalıb.
Bu ilin yanvar-avqust ayları ərzində ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq illik müqayisədə 20,9 % və 20,8 % azalıb.