"Brent" neftinin qiyməti 2014-cü ildən ilk dəfə 71 dolları ötüb

Bakı. 25 yanvar. REPORT.AZ/ "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçersləri 1,5 faiz artaraq bir barel üçün 71,01 dollar təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Londonun "ICE" birjasında keçirilən hərracların nəticələri deməyə əsas verir.

Bu növ neftin qiyməti sonuncu dəfə 2014-cü ilin 3 dekabr tarixində 71 dollardan yuxarı olub.

Digər xəbərlər

Bakının 3 rayonunda qaz olmayacaq 23 dekabr, 2025 / 09:45
Mərdəkanda işıq olmayacaq 23 dekabr, 2025 / 09:06