“Brent” nefti 95 dollara qədər ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşmaqdadır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin oktyabr fyuçersləri 1,31% və yaxud 1,27 ABŞ dolları ucuzlaşaraq 95,45 ABŞ dollarına satılıb.

Nyu-Yorkun Əmtəə Birjasında (NYMEX) WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 1,39% və ya 1,26 ABŞ dolları azalaraq 1 barel üçün 90,77 ABŞ dolları təşkil edib.

İnvestorlar İran neftinin bazara qayıtması perspektivlərini qiymətləndirirlər. Bazar iştirakçılarının diqqəti İran ilə nüvə sazişi üzrə danışıqlara da yönəlib.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 10 avqust, 2026 / 13:34
Sabah Astarada qaz olmayacaq 10 avqust, 2026 / 12:12