"Brent" markalı neft bahalaşıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı vaxtı ilə 06:30 olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 1,768% qalxaraq bir barel üçün 48,09 dollara çatıb.

"Report" xəbər verir ki, bu barədə İnterkontinental birjada keçirilən hərracların nəticələri deməyə əsas verir.

WTI markalı neftin qiyməti isə 1,875% bahalaşaraq bir barelə görə 48,94 dollara bərabər olub.

OPEC-in tarixi iclasının yaxınlaşması neft bazarında da gərginliyi artırır. Səudiyyə Ərəbistanı və İraq nümayəndələrinin hasilatın dondurulması üzrə planlarla bağlı son ziddiyətli çıxışları isə möhtəkirləri fəallaşdırıb. 

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31