"Bolqarıstan Azərbaycandan əlavə təbii qaz idxalında maraqlıdır".
“Report” xəbər verir ki, bunu jurnalistlərə Bolqarıstanın Baş naziri Boyko Borisov bildirib.
O, Bakıda Prezident İlham Əliyevlə keçirdikləri görüş zamanı Bolqarıstana 1 milyard kubmetr qaz tədarükü üçün TAP qaz kəmərinə ayrıca xəttin inşası məsələsini müzakirə etdiklərini diqqətə çatdırıb.
Xatırladaq ki, iki ölkə arasında əldə edilən razılığa əsasən, Bolqarıstan 2020-ci ildən etibarən "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan təbii qazdan hər il 1 milyard kubmetr alacaq.
Bundan əlavə, 2017-ci ilin iyul ayında Sofiyada SOCAR-la "Bulgartransgaz" arasında imzalanmış anlaşma memorandumuna əsasən, tərəflər Bolqarıstana və bu ölkə vasitəsilə başqa Cənub-Şərqi Avropa ölkələrinə əlavə təbii qaz tədarükü imkanlarını araşdıracaqlar.