Biləsuvarın bir hissəsində elektrik enerjisinin verilməsində yaranmış fasilə aradan qaldırılıb - YENİLƏNİB-2

Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilməsində yaranan problem aradan qaldırılıb.

"Report"un Muğan bürosuna bu barədə rayon sakinləri məlumat verib. 

Belə ki, artıq Biləsuvar şəhərinin bir hissəsi, Xırmandalı və Bağbanlar kəndləri elektrik enerjisi ilə təmin olunub.

Qeyd edək ki, bu gün küləklə müşahidə olunan leysan yağışı Biləsuvarda fəsadlar törədib. Biləsuvar şəhərinin bir hissəsi, Xırmandalı və Bağbanlar kəndləri 6 saata yaxın işıqsız qalıb.

20:33

Biləsuvar rayonunda küləklə müşahidə olunan leysan yağışı bəzi fəsadlar törədib.

Biləsuvar Elektrik Şəbəkəsindən "Report"un Muğan bürosuna verilən məlumata görə, nəticədə rayonun Xırmandalı, Bağbanlar kəndləri və Biləsuvar şəhərinin bir hissəsi işıqsız qalıb.

Qeyd olunub ki, yağışın elektrik təsərrüfatına vurduğu ziyanın həcmi çox olduğundan təmir-bərpa işlərinin vaxtı yubanır. Hazırda təmir briqadaları ərazidə işləri fasiləsiz davam etdirir. Xırmandalı kəndində elektrik enerjisinin verilişi artıq bərpa olunub, yaxın vaxtda problem tam aradan qaldırılacaq. 

Qeyd edək ki, sözügedən ərazilərdə artıq 5 saata yaxındır ki, işıq yoxdur.

18:56

Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Bu barədə "Report"un yerli bürosuna rayon sakinləri məlumat verib.

Sakinlərin bildirdiyinə görə, küləklə müşahidə olunan leysan yağışına görə elektrik enerjisinin verilməsində fasilə yarandığı bildirilir. Artıq 3 saatdan çoxdur ki, Biləsuvar şəhərinin bəzi hissələri işıqsızdır.

Qeyd edək ki, hazırda rayon ərazisində sakit hava şəraiti müşahidə olunur.

Xəbər lenti