Bəxtiyar Aslanbəyli: "BP atmosferə istixana qazı emissiyalarının azaldılması üzrə işi davam etdirəcək"

BP şirkəti atmosferə istixana qazı emissiyalarının azaldılması üzrə işi davam etdirəcək.

"Report" xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində keçirilən "Metanla mübarizədə irəliləyiş: Qlobal miqyasda metanın azaldılmasının irəlilədilməsi" adlı panel sessiyasında deyib.

O qeyd edib ki, şirkət həmçinin “yaşıl enerji”yə keçid məsələlərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə məhsuldar əməkdaşlığı davam etdirmək niyyətindədir: “Biz hesabat və emissiya texnologiyaları üzərində birlikdə çalışdıq və bu sahədə birgə işləməyə davam edəcəyik”.

Digər xəbərlər