Belarus "Qazprom"a 1 milyard dollara yaxın qaz borcu ödəyəcək

Bakı. 4 aprel. REPORT.AZ/ Minsk neft və qazla bağlı düzəliş edilmiş sənədlərin paraflanmasından sonra Rusiyanın "Qazprom" şirkətinə 726 milyon dollar məbləğində borc ödəyəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyinin nümayəndələri məlumat yayıb.

Qeyd olunub ki, belə bir qərar danışıqlardan sonra qəbul olunub.

Yaxın günlərdə Belarusa neft tədarükünün bərpa olunacağı bildirilir. Onların həcmi ildə 24 milyon ton təşkil edəcək.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31