Belarus İranla neft tədarükünə dair saziş imzalayıb

Bakı.18 fevral.REPORT.AZ/ “Belarusneft”in törəmə müəssisəsi “Beloil Polska” İran Milli Neft Şirkəti (NİOC) ilə fevral ayında 600 min barel neft tədarükünə dair saziş imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran şirkəti məlumat yayıb.

Qeyd olunub ki, bu, Belarusun ötən il İrana qarşı beynəlxalq sanksiyaların ləğvindən sonra bu ölkədən ilk neft alışıdır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31