“Azərişıq”da kadr dəyişikliyi baş verib

“Azərişıq” ASC-nin Tovuz Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zaur Şirəliyev vəzifəsindən azad edilərək Nərimanov RETSİ-nin rəisi təyin olunub.

“Report” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin sədri Vüqar Əhmədov əmr imzalayıb. 

Onun digər əmrinə əsasən, Tovuz RETSİ-yə rəhbərlik Anar Məmmədova həvalə edilib. 

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20