İlin 365 günü 24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, o cümlədən ötürülməsini dayandırmayan “Azərenerji” ASC koronavirus epidemiyası olmağına baxmayaraq fasiləsiz olaraq işini davam etdirir.
Bunu "Report"a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.
“Azərenerji” ASC tabeliyindəki müəssisələrdə virusun yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər, dezinfeksiya işlərini həyata keçirməklə yanaşı #evdəqal aksiyasına dəstək verərək növbəti videoçarx yayımlayıb.
Videoçarxda əməkdaşların fasiləsiz olaraq növbəli iş prinsipi ilə çalışması fonunda əhaliyə “Biz sizin üçün işləyirik, siz bizim üçün evdə qalın”! müraciəti edilir.