"Azərenerji" ASC müxtəlif növ elektrik mallarının alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Electro Service" QSC-dir.
Qalib şirkətə 2,277 milyon manat ödəniləcək.